Merkel Ərdoğanı qələbə münasibətilə təbrik edib

25-06-2018, 22:52
Oxunub: 259
"Yenidən prezident postuna seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm"


Almaniyanın kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, bu barədə Almaniya hökumətinin mətbuat xidməti bildirib.

“Hörmətli cənab Prezident, yenidən prezident postuna seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm”, məktubda deyilir.

A.Merkel qeyd edib ki, iki ölkə arasında uzunmüddətli dostluq mövcuddur və Almaniya sabit Türkiyənin tərəfdaşı olmaqda maraqlıdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti