Ramin Quluzadə Qusarda vətəndaşları qəbul edəcək

25-06-2018, 17:58
Oxunub: 236
Qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak edə bilər


Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iyunun 29-u 12:00-da Qusar şəhərində vətəndaşları qəbul edəcək. 

Bu barədə Report-a Nazirlikdən məlumat verilib.

Məlumata görə, qəbulda Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri iştirak edə bilər.

Vətəndaşlar göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı müraciətlər edə bilər.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti