Gürcüstan hökumətinin yeni strukturu sabah müəyyənləşəcək

25-06-2018, 15:52
Oxunub: 34
"Sabah hökumətin iclası keçiriləcək və yeni struktur ətraflı nəzərdən keçiriləcək"


“Gürcüstanın yeni hökumətinin strukturu sabah təqdim olunacaq”.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze deyib. O bildirib ki, hökumətin yeni tərkibində nazirliklərin sayı 11-dən çox olmayacaq: “Bu, effektiv fəaliyyət üçün ən optimal saydır”.

M. Baxtadze qeyd edib ki, sabah hökumətin iclası keçiriləcək və yeni struktur ətraflı nəzərdən keçiriləcək. 

Qeyd edək ki, M. Baxtadzenin başçılıq etdiyi yeni hökumətə parlament iyunun 20-də etimad göstərib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti