Rusiya və İran XİN rəhbərləri Xəzər sammitinə hazırlıqları müzakirə edib

25-06-2018, 15:46
Oxunub: 60
Danışıq zamanı Tehranın nüvə proqramı üzrə sazişlə bağlı vəziyyət və beşinci Xəzər sammitinə hazırlıqlar müzakirə edilib


Rusiyanın xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın diplomatik orqanının məlumatında bildirilir.

Danışıq zamanı Tehranın nüvə proqramı üzrə sazişlə bağlı vəziyyət və beşinci Xəzər sammitinə hazırlıqlar müzakirə edilib.

Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusuna dair sammitin bu ilin ikinci yarısında Qazaxıstanın Aktau şəhərində keçirilməsi planlaşdırılır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti