"Xəzər Dəniz Gəmiçiliyi" 72 gəmi alacaq

25-06-2018, 15:20
Oxunub: 30
"Həmin paketimiz hal-hazırda dövlətdə müzakirə olunur"


Yaxın 10 ildə "Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə 72 gəminin alınması nəzərdə tutulur, buna da təxminən 1,5 mlrd. dollar investisiya qoyulması tələb olunan investisiya paketimiz hazırdır.

APA-Economics xəbər verir ki, bunu "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev QSC-nin 5 illik fəaliyyəti üzrə hesabatla çıxış edərkən bildirib.

"Həmin paketimiz hal-hazırda dövlətdə müzakirə olunur, o paketin böyük bir hissəsinin Gəmiçiliyin birbaşa öz qazancı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bir hissəsi isə dövlətimiz tərəfindən ayrılan dəstək hesabına maliyyələşəcək. Baxmayaraq ki, bizim əsas fəaliyyətimiz Xəzər dənizindədir, artıq həm Qara,  həm də Aralıq dənizində Azərbaycan bayrağı altında 13 gəmimiz üzür", - deyə R.Vəliyev vurğulayıb.

QSC sədri onu da əlavə edib ki, gəmiçilərin əmək haqqı son illər 370 manatdan 1300 manata kimi qalxıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti