NATO-nun sabiq baş katibinin ABŞ-a girişinə icazə verilməyib

25-06-2018, 15:00
Oxunub: 31
ABŞ tərəfinin bu qərarı Xavyer Solananın İrana səfəri ilə bağlıdır


NATO-nun sabiq baş katibi və İspaniyanın keçmiş xarici işlər naziri Xavyer Solananın ABŞ ərazisinə daxil olmasına icazə verilməyib.

Report xəbər verir ki, bu barədə "El Pais" yazıb.

Qeyd edilir ki, keçmiş baş katib Brukinq İnstitutunda çıxış etməli idi.

ABŞ tərəfinin bu qərarı Xavyer Solananın İrana səfəri ilə bağlıdır.

ABŞ səfirliyindəki mənbənin bildirdiyinə görə, İspaniya pasportunda İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmənə səfərləri əks etdirən möhürlər olduqda ölkəyə giriş üçün müraciət avtomatik ləğv edilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti