Həsən Dəmirçi vəfat edib

25-06-2018, 10:46
Oxunub: 676
H.Azərbaycan iyunun 25-də Təbrizin “Vadi Rəhmət” dəfn ediləcək


Azərbaycanın tanınmış musiqiçisi, ictimai xadimi, Güney Azərbaycan türklərinin milli haqlarının təmin olunması uğrunda mübarizə aparmış Həsən Dəmirçi (Həsən Azərbaycan) iyunun 24-də Təbrizin “Alinəsəb” Xəstəxanasında vəfat edib.

Etatist.com xəbər verir ki, o, bir aya yaxın idi koma vəziyyətində xəstəxanada müalicə olunurdu.

H.Azərbaycan iyunun 25-də Təbrizin “Vadi Rəhmət” dəfn ediləcək. 

Qeyd edək ki, Həsən Dəmirçi 1941-ci ildə Təbrizdə anadan olub. O, şair, yazıçı və musiqi ustadı kimi bütün ömrünü vətəni Azərbaycan, onun musiqisi və ictimai-siyasi məsələlərinə həsr edib. Azərbaycan türk milləti bu xidmətlərinə görə ona “Həsən Azərbaycan” ləqəbi verib.

H.Dəmirçi Azərbaycanın klassik və muğam musiqisi üzrə ən tanınmış incəsənət xadimlərindən biri olub.

H.Dəmirçi Azərbaycan muğamı barədə bir neçə cild kitabın, o cümlədən “Muğam: öyrəncilər üçün” kitabın müəllifidir.

Allah rəhmət eləsin!
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti