AŞPA-nın yay sessiyası başlayır

25-06-2018, 10:41
Oxunub: 32
Sessiya iyunun 29-da başa çatacaq


Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayır.

Report xəbər verir ki, sessiya çərçivəsində AŞPA sədri vəzifəsinə seçkilərin keçiriləcəyi, bir sıra məsələlərin, o cümlədən Suriya ilə qonşu ölkələrdəki qaçqınların humanitar vəziyyəti ilə bağlı məsələnin müzakirə ediləcəyi planlaşdırılır.

AŞPA deputatları qarşısında Xorvatiya və Slovakiyanın baş nazirlərinin, həmçinin Lüksemburqun xarici işlər nazirinin çıxışı gözlənilir.

Sessiya iyunun 29-da başa çatacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti