Yavər Camalov dəfn edilib

24-06-2018, 15:22
Oxunub: 147
Dəfn mərasimi Y.Camalovun Bakıda yaşadığı evində keçirilib


Dünən vəfat edən müdafiə sənayesi naziri Yavər Camalov bu gün dəfn edilib.

Trend-in məlumatına görə, dəfn mərasimi Y.Camalovun Bakıda yaşadığı evində keçirilib.

Mərasimdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri, mərhum nazirin doğmaları iştirak ediblər.

Mərhum Şüvəlan qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Y.Camalov uzun müddət ağır xəstəlikdən əziyyət çəkirdi.

Y.Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub, 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. 1972 - ci ildə "Siyəzənneft" Neftqazçıxarma idarəsinin operatoru, 1972 – 1989- cu illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsində operator, mühəndis, böyük mühəndis, növbə rəisi, rayon mühəndis-texnoloji xidməti rəisinin müavini, baş mühəndis – sex rəisinin müavini, NQÇİ-nin baş mühəndisi, 1989 – 1995 - ci illərdə "Şirvanneft" Neftqazçıxarma idarəsinin rəisi, 1995 – 2003 - cü illərdə Quruda Neftqazçıxarma İstehsalat Birliyinin baş direktoru, 2003 – 2006 - cı illərdə "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2006 - cı il tarixli Sərəncamı ilə müdafiə sənayesi naziri təyin edilib və ötən döv ərzində 3 dəfə yünidən bu vəzifəyə təyin olunub.

Y.Camalov 16 oktyabr 2009-cu ildə İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti