"Belarus müstəqilliyini itirə bilər"

24-06-2018, 14:47
Oxunub: 48
"Əgər xalq ölkənin qarşısına qoyulan iqtisadi məqsədə nail olmasa, respublika müstəqilliyini itirə bilər"


Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müstəqilliyini itirə biləcəyini bəyan edib.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, A. Lukaşenko bu gözlənilməz bəyanatı Moqilevsk vilayətinin Şklosk rayonuna səfəri zamanı səsləndirib.

A. Lukaşenko deyib ki, əgər xalq ölkənin qarşısına qoyulan iqtisadi məqsədə nail olmasa, respublika müstəqilliyini itirə bilər: "Əgər bu illər ərzində uğur qazana bilməsək, uğursuzluğa düçar olsaq, hansısa dövlətin tərkibinə daxil olmaq lazım gələcək, ya da sadəcə, bizi diz çökdürəcəklər".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti