Energetika naziri Vyanada bir sıra görüşlər keçirib

24-06-2018, 09:57
Oxunub: 178
Azərbaycan-OPEC əməkdaşlığı ətrafında müzakirələr aparılıb


Vyanada OPEC+nazirlərinin 4-cü görüşü çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov BƏƏ-nin energetika naziri, OPEC konfransının prezidenti Suhail Mohamed Al Mazrouei ilə görüşüb.

Report xəbər verir ki, görüşdə qlobal neft bazarının sabitliyi ilə bağlı OPEC+ çərçivəsində görülən tədbirlər, qəbul edilən yeni qərar və Azərbaycan-OPEC əməkdaşlığı ətrafında müzakirələr aparılıb.

Eləcə də Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında bərpa olunan enerji mənbələri sahəsində mümkün əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Pərviz Şahbazovun İraqın neft naziri Cabbar Əli əl-Layibi ilə də görüşü olub. Görüşdə dünya neft bazarının inkişaf tendensiyaları ilə yanaşı iki ölkə arasında enerji əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb. İraqın neft naziri yaxın vaxtlarda Azərbaycana səfər edərək neft sektorunun inkişafı ilə yaxından tanış olmaq istəyini ifadə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti