Ağstafada taxıl sahəsində yanğın söndürülüb

22-06-2018, 17:46
Oxunub: 354
Yanğına taxıl sahəsinin yaxınlığından keçən dəmiryolu xəttində hərəkət edən teplavozdan yaranmış qığılcım səbəb olub


 Ağstafa rayonunda biçilməmiş taxıl sahəsində baş verən yanğın söndürülüb.

Bu barədə Report-un Qərb bürosuna Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağstafa rayon Yanğından Mühafizə Hissəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, rayonun Kəsəmənli və Poylu kənd bələdiyyəsinin ərazisində ümumi sahəsi 20 hektar ərazidə olan kol-kos və ümumi sahəsi 15 hektar olan biçilməmiş taxıl zəmisinin 0,5 hektar sahəsi yanıb. 

Qeyd edək ki, taxıl sahəsi Poylu kənd sakini, Adil Nəsibova məxsusdur.

Yanğına taxıl sahəsinin yaxınlığından keçən dəmiryolu xəttində hərəkət edən teplavozdan yaranmış qığılcım səbəb olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti