"Azərbaycanda məktəblərin 90 faizi kompüterləşdirilib"

22-06-2018, 17:42
Oxunub: 378
"Məktəblərdə hər 18 nəfərə bir kompüter düşür"


Azərbaycanın orta tədris müəssisələrinin kompüterləşdirilməsi səviyyəsi 90 faizə bərabərdir.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bildirib.

C.Bayramovun sözlərinə görə, hazırda ölkə məktəblərinin 53 faizi internet şəbəkəsinə qoşulub:

“Məktəblərdə hər 18 nəfərə bir kompüter düşür. Müqayisə üçün qeyd edək ki, 2006-cı ildə bu rəqəm 1063-ə bərabər idi”.

Nazir əlavə edib ki, ölkədə elektron təhsil texnologiyalarının genişləndirilməsi məqsədilə “Elektron məktəb” layihəsi reallaşdırılır. Bu layihə orta tədris müəssisələrində elektron jurnalların yaradılmasını nəzərdə tutur. Bu isə öz növbəsində valideynlərə SMS bildirişlər almaqla onlayn rejimdə övladlarının davamiyyətini yoxlamaq imkanı verəcək”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti