"Azərbaycan və İran birgə film çəkəcək"

22-06-2018, 17:32
Oxunub: 251
"Ölkələr arasındakı sərhədlər xalqlarımızı ayıra bilməz"


"İranla Azərbaycan arasında qədim dövrdən xüsusi, sıx, dostluq münasibətləri yaranıb. Ölkələr ümumi mədəniyyətə sahibdirlər".

Report xəbər verir ki, bunu İran Mədəniyyət Mərkəzinin sədri Əsğər Farsi mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın müstəqillik qazanmasından sonra ölkələr arasındakı münasibətlər siyasi, iqtisadi və mədəni sahələrdə intensiv şəkildə inkişaf edir.

"Bunun səbəbi xalqlar arasında olan xüsusi münasibətlərdir. Ölkələr arasındakı sərhədlər xalqlarımızı ayıra bilməz. Mədəniyyət nazirlərimiz mədəni əlaqələrin möhkəmləndirilməsi üçün çox əhəmiyyətli addımlar atırlar", - o qeyd edib.

İyunun 27-dən iyulun 1-dək Azərbaycanda keçiriləcək İran Mədəniyyəti Günlərinə toxunan Mədəniyyət Mərkəzinin sədri bildirib ki, bu tədbir çərçivəsində ilk dəfə Azərbaycanla İran birgə film çəkilişlərinə başlayacaq: "Filmin bir hissəsi Bakıda - İçərişəhərdə, digər hissəsi isə İranda çəkiləcək. Film sevgi hekayəsindən bəhs edəcək".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti