OPEC neft hasilatını artırmaq barədə razılığa gəlib

22-06-2018, 17:26
Oxunub: 251
"OPEC ölkələri Venesuelada nefti hasilatının azalmasını kompensasiya etmək istəyirlər"


“OPEC ölkələri ümumilikdə neft hasilatının sutka ərzində 1 milyon barel artırmaq barədə razılığa gəliblər, bununla belə real neft hasilatı artımı sutka ərzində 600 min barel olacaq”.

APA-Economics Bloomberg informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar OPEC-in Vyanda keçirilən iclasında qəbul olunub.

Agentlik qeyd edib ki, bununla da faktiki olaraq OPEC ölkələri kvotanın 100%-lik icrasının təmin edilməsi barədə razılığa gəliblər, bəzi ölkələr isə neft hasilatının azalmasını bərpa edə bilməyəcək.

“OPEC ölkələri Venesuelada nefti hasilatının azalmasını kompensasiya etmək istəyirlər, lakin bunun üçün razılıq əldə etmək lazımdır”, - deyə məlumatda bildirilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti