İstirahət günlərinə olan hava proqnozu

22-06-2018, 15:57
Oxunub: 549
Havanın temperaturu dağətəyi rayonlarda 30-35 dərəcə, dağlıq rayonlarda isə 21-26 dərəcə isti təşkil edəcək


İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Etatist.com-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda günün əksər saatlarında hava şəraiti yağmursuz keçsə də, səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimal olunur. Havanın temperaturu dağətəyi rayonlarda 30-35 dərəcə, dağlıq rayonlarda isə 21-26 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları yağmursuz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 22-27 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şəraiti isti, günəşli olacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Paytaxtda hava şəraiti günəşli olacaq, zəif cənub küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti