Ali məktəbə ərizə verənlərin sayında əhəmiyyətli dərəcədə azalma var

22-06-2018, 12:01
Oxunub: 269
2017-2018-ci tədris ilində 73 774 nəfər ali məktəbə ərizə verib


Son dörd tədris ili üzrə ali təhsil müəssisələrinin tələbə qəbulunun kəmiyyət göstəriciləri açıqlanıb.
 
Etatist.com-un xəbərinə görə, Təhsil Nazirliyinin illik hesabatında bildirilir ki, 2014-2015-ci tədris ilində 84 878, 2015-2016-cı tədris ilində 88 366, 2016-2017-ci tədris ilində 87 730, 2017-2018-ci tədris ilində 84 836 nəfər tam orta məktəbi bitirib. Keçən ilə nisbətən bu il tam orta məktəbi bitirənlərin sayı 2 894 nəfər azalıb.

2014-2015-ci tədris ilində 97 362, 2015-2016-cı tədris ilində 93 116, 2016-2017-ci tədris ilində 89 444, 2017-2018-ci tədris ilində 73 774 nəfər ali məktəbə ərizə verib. Ərizə verənlərin sayında ötən illər ərzində mütəmadi olaraq azalma baş verib. 2017-2018-ci tədris ilində 2014-2015-ci tədris ili ilə müqayisədə ali məktəbə ərizə verənləri sayında əhəmiyyətli dərəcədə (23 588) azalma var. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti