"Azərbaycan son illərdə Qərbə daha sıx bağlanmaq, əməkdaşlıq etmək yolunu seçib"

22-06-2018, 11:54
Oxunub: 282
Bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov CAMCA Forumunun açılış mərasimində deyib


"Azərbaycan həm insan resursları, həm də təbii sərvətlər baxımından strateji əhəmiyyət kəsb edir".

Report xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov CAMCA Forumunun açılış mərasimində deyib.

"Azərbaycan dünyanın ən mürəkkəb regionlarından birində yerləşir. Azərbaycan həm insan resursları, həm də təbii sərvətlər baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycan son illərdə Qərbə daha sıx bağlanmaq, əməkdaşlıq etmək yolunu seçib. Baxmayaraq ki, biz o qədər də güclü siyasi dəstək görmürük, bu istiqamətdə böyük işlər görürük" - o qeyd edib.

Novruz Məmmədovun sözlərinə görə, Azərbaycanda həm də dinlərarası anlaşma üçün böyük addımlar atılıb:  "Bunlara baxmayaraq, Qərb mətbuatında Azərbaycanda olan hər bir kiçik problemi şişirtməyə çalışırlar. Lakin 25 il ərzində azərbaycanlı qaçqınları haqqında bir dənə də olsun fundamental yazı olmayıb".

 

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti