Azərbaycan XİN başçısı "Şərq Tərəfdaşlığı" ölkələri nazirlərinin görüşündə iştirak edir

22-06-2018, 11:31
Oxunub: 366
İclasda Yohannes Han da iştirak edir


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarus paytaxtı Minskdə "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının qeyri-rəsmi görüşündə iştirak edir.

Report xəbər verir ki, iclas zamanı iştirakçılar "Şərq Tərəfdaşlığı" proqramının hazırkı vəziyyətini, eləcə də proqram çərçivəsində əməkdaşlıq məsələlərinə dair müzakirə aparacaqlar.

İclasda həmçinin Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han da iştirak edir.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti