Paşinyan iyulda NATO sammitinə qatılacaq

22-06-2018, 11:15
Oxunub: 326
"Ermənistan baş nazirinin NATO sammitində iştirakı ölkəmiz üçün çox vacibdir"


Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 11-12-də Brüsseldə NATO sammitində iştirak etmək niyyətindədir.

Report TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Jamanak" qəzeti yazıb.

"Ermənistan baş nazirinin NATO sammitində iştirakı ölkəmiz üçün çox vacibdir. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olsa da, rəsmi Yerevan NATO-nu tərəfdaş təşkilat və ölkənin təhlükəsizliyinin təmin olunmasında etibarlı müttəfiq kimi görür", - Ermənistan hökumətndəki mənbə bildirib.

Qeyd edək ki, daha əvvəl N.Paşinyan rəhbərlik etdiyi hökumətin ölkənin xarici siyasət kurusunu dəyişmək niyyətində olmadığını və bütün beynəlxalq müqavilələrə sadiq olduğunu deyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti