Oqtay Şirəliyev Qusarda vətəndaşları qəbul edəcək

21-06-2018, 16:34
Oxunub: 277
Nazir Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayon sakinlərini qəbul edəcək


Səhiyyə naziri Oqtay Şirəliyev Qusarda vətəndaşlar üçün qəbul keçirəcək.

Nazirliyin Mətbuat xidmətindən Report-a verilən məlumata görə, qəbul iyun ayının 21-i saat 11:00-da Qusar Mərkəzi Rayon Xəstəxanasında olacaq.

Nazir Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair onları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Qusar Mərkəzi Rayon Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti