Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

21-06-2018, 16:30
Oxunub: 196
Azərbaycan 201 min 302,86 ton meyvə-tərəvəz ixrac edib


Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 189 mln. 773,18 min ABŞ dolları dəyərində 201 min 302,86 ton meyvə-tərəvəz ixrac edib.

APA-Economics xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında yer alıb.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 5 ayı ilə müqayisədə 32 min 130,26 ton və ya 18,99% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 35 mln. 918,74 min dollar və ya 23,34% çoxdur.

Xatırladaq ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 153 mln. 854,44 min dollar dəyərində 169 min 172,60 ton meyvə-tərəvəz ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında meyvə-tərəvəzin ixracı Azərbaycanın ümumi ixracının 2,57%-ni təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti