Azərbaycana yay fəsli gəlib

21-06-2018, 15:23
Oxunub: 217
Bu günün gündüzü ilin ən uzun gündüzüdür


Bu gün saat 14:07-də Azərbaycana yay fəsli daxil olub.

Bu barədə Report-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bu günün gündüzü ilin ən uzun gündüzüdür, bu proses 14 saat 43 dəqiqə çəkir. Bu gündən etibarən yaz yay fəsli ilə əvəz olunur.

Qeyd edək ki, yay fəsli sentyabr ayının 23-dək davam edəcək. Sentyabrın 23-ü saat 05:54:06-da Azərbaycanda payız fəsli başlayacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti