Azərbaycanda aqrar sığortanın stimullaşdırılması üçün büdcədən 1 mln. manat ayrılıb

21-06-2018, 12:10
Oxunub: 166
"Xüsusi qanun layihəsi hazırladıq"


"Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək, onun qeyri-neft sektorundakı payını artırmaq, aqrar sektora investisiyaları cəlb etmək və  urbanizasiya səviyyəsini azaltmaq üçün  kənd təsərrüfatı sığortası böyük əhəmiyyət kəsb edir".

Report xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq sığorta konfrasının II günündə Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisi Firdovsi Ağaşirinov deyib.

Onun sözlərinə görə, bu sığorta növu ilə bağlı üzrə bir sıra inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib: "ABŞ, Türkiyə, İsrail, Kanada və başqa bir sıra ölkələrin sözügedən sahədə təcrübələrini öyrəndik. Türkiyədəki "Tarsim" kənd təsərrüfatı sığortası modelindən yararlanmağı qərara aldıq. Bunun üçün kənd təsərrüfatı sığortası ilə bağlı xüsusi qanun layihəsi hazırladıq". 

O, indiyə qədər kənd təsərrüfatı sığortasının stimullaşdırılması üçün dövlət büdcəsindən 1 mln. manat vəsait ayrıldığını da qeyd edib. 

Bundan başqa, Palata rəsmisinin sözlərinə görə, ötən il 4 yerli sığorta şirkəti aqrar sahəsnin hesabına 4,3 mln. manat sığorta haqqı toplayıb və bunun 96%-ni ödəniş yönəldib. 

Xatırladaq ki, konfrans işini bu gün yekunlaşdıracaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti