"Kim Çen In Trampa raket poliqonunu məhv edəcəyinə dair söz verib"

21-06-2018, 10:03
Oxunub: 173
Trampla keçirilən görüşün yekununda verib


KXDR lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampa Sohe raket mühərriklərinin sınağı üzrə poliqonu məhv edəcəyinə dair söz verib.

Report xəbər verir ki, bu barədə mənbələrinə istinadən "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, Kim Çen In belə vədi iyulun 12-də Sinqapurda Trampla keçirilən görüşün yekununda verib.

Mənbənin bildirdiyinə əsasən, Pxenyan Sohedəki poliqondan uzun məsafəli ballistik raketlər üçün mayeli mühərriklərin sınağını aparmaq məqsədi ilə istifadə edib.

Eyni zamanda, Pxenyan ictimai şəkildə poliqonlarını məhv etmək niyyətini təsdiqləməyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti