Elektrik enerjisinin ixracı 2,9 dəfə artırılıb

20-06-2018, 17:34
Oxunub: 192
Bu 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 736 388,15 min kVt/saat və ya 2,87 dəfə çoxdur


Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 53 mln. 328,61 min ABŞ dolları dəyərində 1 mln. 129 min 801,54 min kVt/saat elektrik enerjisi ixrac edib.

Bu barədə APA-Economics Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 736 388,15 min kVt/saat və ya 2,87 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 36 mln. 523,2 min dollar və ya 3,17 dəfə çoxdur.

Qeyd edək ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycandan 16 mln. 805,41 min dollar dəyərində 393 min 413,39 kVt/saat elektrik enerjisi ixrac edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında elektrik enerjisinin ixracı Azərbaycanın ümumi ixracının 0,72%-ni təşkil edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti