Əfqanıstanda 30 hərbçi öldürülüb

20-06-2018, 11:59
Oxunub: 196
Hadisə iyunun 20-də ölkənin şimal-qərbində yerləşən Badqis vilayətində baş verib


Əfqanıstanda “Taliban” silahlılarının iki Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində azı 30 hərbçi həlak olub.

Report “Reuters”ə isatinadən xəbər verir ki, bunu yerli hökumət nümayəndəsi bildirib.

Hadisə iyunun 20-də ölkənin şimal-qərbində yerləşən Badqis vilayətində baş verib.

Qeyd edək ki, Əfqanıstan Prezidenti Əşrəf Qəni Ramazan bayramı münasibətilə iyunun 15-dən 17-dək birtərəfli atəşkəs elan etmişdi. “Taliban” qruplaşması atəşkəs rejiminin uzadılması təklifini qəbul etməyib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti