Bank sektorundakı vəziyyət sığorta sektoruna təsir edib

20-06-2018, 11:22
Oxunub: 228
"2013-2017-ci illərdə Azərbaycanda sığorta gəlirləri ABŞ dolları ilə ifadədə 38% azalıb"


"Azərbaycanın reytinqi ötən ilə nisbətən yaxşılaşaraq "Mənfi"dən "Sabit"ə dəyişib". 

Report xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq sığorta konfrasında "Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyinin assosiativ direktoru Yekaterina Tolstova deyib. 

O, həmçinin əlavə edib ki, Azərbaycanın aktivlərinin əsasən Dövlət Neft Fondunun (ARDNF) nəzarətində olması onun əsas üstünlüyüdür. 

Yerli sığorta bazarındakı vəziyyətə toxunan S&P rəsmisi deyib ki, Azərbaycanın əksər sığorta şirkətlərinin sahibləri banklardır. Onların devalvasiya nəticəsində üzləşdiyi problemlər sığorta sahəsinə təsirini göstərib: "2013-2017-ci illərdə Azərbaycanda sığorta gəlirləri ABŞ dolları ilə ifadədə 38% azalıb, Azərbaycan manatı ilə ifadədə isə 37% artıb. Bu isə təbii ki, milli valyutanın mövqeyi ilə bağlıdır".
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti