Türkiyə ordusu Mənbic şəhərinə daxil olub

18-06-2018, 17:51
Oxunub: 482
Türkiyə Silahlı Qüvvələri Suriyanın Mənbic şəhərinə daxil olub


Türkiyə Silahlı Qüvvələri ABŞ ilə regionda təhlükəsizliyin təmin edilməsi barədə razılaşmalar çərçivəsində Suriyanın Mənbic şəhərinə daxil olub.

Bu barədə Report Türkiyənin NTV telekanalına istinadən xəbər verir.

Telekanal Mənbicdə olduğu deyilən və üzərində Türkiyə bayrağı olan zirehli vasitələrin fotoşəkillərini göstərir.

Qeyd edək ki, ötən həftə Türkiyə Baş Qərargahı Türkiyə və ABŞ hərbçilərinin Suriyanın Mənbic şəhəri üzrə "yol xəritəsi"nin tətbiqinə dair razılığa gəldiklərini açıqlayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti