Sabah Bakıda hava yağmursuz olacaq

18-06-2018, 12:44
Oxunub: 326
Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək


Azərbaycanda iyunun 19-na olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Report-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-23, gündüz 27-32 dərəcə isti olacaq. Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-45% olacaq.

Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba çimərliklərində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində-Türkan, Hövsan, Sahil, Şıx çimərliyində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

İyunun 19-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənməsi və iyun ayı üçün səciyyəvi temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti təşkil edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti