Azərbaycanda aqrar sektor 9% böyüyüb

18-06-2018, 10:27
Oxunub: 273
5,3 min hektar sahədə sair yazlıq bitkilər əkilib


Bu ilin yanvar-may aylarında Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 770,4 mln. manat təşkil edib ki, onun da 1462,7 mln. manatı heyvandarlıq, 307,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür.

Report Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 8,5%, o cümlədən bitkiçilik məhsulları üzrə 52%, heyvandarlıq məhsulları üzrə isə 2,5% artıb.

Hazırda ölkədə yaz-tarla işləri aparılır və iyunun 1-nə kimi 439 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 72,7 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 30,0 min hektarı dən üçün qarğıdalı), 59,1 min hektar sahədə kartof, 67,4 min hektar sahədə tərəvəz, 20,4 min hektar sahədə bostan bitkiləri, 130,1 min hektar sahədə pambıq, 10,8 min hektar sahədə dən üçün günəbaxan, 9 min hektar sahədə şəkər çuğunduru, 3,4 min hektar sahədə tütün, 59,1 min hektar sahədə çoxillik otlar, 1,7 min hektar sahədə birillik otlar və 5,3 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

Yaz-tarla işləri ilə yanaşı kənd təsərrüfatı məhsullarının yığımına da başlanılıb. Mayın sonuna kimi tarlalardan 71,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 4,1 dəfə çox taxıl, 135,4 min ton (66,6 %çox) kartof, 217,0 min ton (56,2 %çox) tərəvəz, 13,1 min ton (17,3 %çox) meyvə və giləmeyvə, 353,2 ton (13,0 %çox) yaşıl çay yarpağı yığılıb.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 3,4% artaraq 195,3 min ton, süd istehsalı 1,4% artaraq 829,1 min ton, yumurta istehsalı 0,3% artaraq 741,8 mln. ədəd, yun istehsalı isə 1,5% azalaraq 11,8 min ton olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti