"Taliban" Əfqanıstan hakimiyyətinin təklifi ilə razılaşmayıb

17-06-2018, 19:17
Oxunub: 292
"Taliban" nümayəndəsi bildirib ki, atəşkəs rejimini uzatmaq arzuları yoxdur


Bu gün "Taliban" Hərəkatı Əfqanıstan hakimiyyətinin atəşkəs rejimini uzatmaq barədə təklifini qəbul etmədiyini açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə "France-Presse" agentliyi "Taliban" Hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mocahedə istinadən məlumat yayıb.

"Taliban" nümayəndəsi bildirib ki, atəşkəs rejimi bu axşam başa çatır, atəşkəs rejimini uzatmaq arzuları yoxdur.

Qeyd edək ki, iyunun 7-də Əfqanıstan prezidenti Əşrəf Qani Ramazan bayramı münasibəti ilə iyunun 12-dən iyunun 19-dək birtərəfli atəşkəs elan edib. Buna cavab olaraq "Taliban" iyunun 15-dən başlayaraq 3 günlük atəşkəs elan edib.

Dünən Əfqanıstan prezidenti "Taliban" Hərəkatı ilə atəşkəs rejiminin müddətinin uzadılacağını bəyan etmişdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti