"Bu gün Almaniya və Braziliya yığmaları ilk oyunlarını keçirəcəklər"

17-06-2018, 10:05
Oxunub: 317
Braziliya İsveçrəni sınağa çəkəcək


Rusiyadakı futbol üzrə 2018-ci il dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Report-un məlumatına görə, qarşılaşmalar E və F qruplarında ilk tura təsadüf edəcək.

Əvvəlcə Kosta-Rika ilə Serbiya kollektivləri üz-üzə gələcəklər. Günün ikinci matçı dünya çempionu Almaniya ilə Meksika komandaları arasında olacaq. Son qarşılaşmada isə 5 qat dünya çempionu Braziliya İsveçrəni sınağa çəkəcək.

DÇ-2018

17 iyun

E qrupu

16:00. Kosta-Rika - Serbiya

Hakimlər: Malanq Didyu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bamlak Tessema Veyesa (Efiopiya), Tixon Kalugin (Rusiya)

Samara. "Samara Arena”

22:00. Braziliya - İsveçrə

Hakimlər: Sezar Ramos, Marvin Torrentera, Migel Ernandes (hamısı Meksika), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)

Rostov-Don. "Rostov Arena”

F qrupu

19:00. Almaniya – Meksika

Hakimlər: Alireza Fağani, Reza Soxandan, Mohammadreza Mansuri (hamısı İran), Mohammed Abdulla Mohammed, Mohamed əl-Hammadi (hər ikisi BƏƏ)

Moskva, "Lujniki".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti