"Gənclərin əmək bazarına çıxış imkanlarına yiyələnmələrinə diqqət artırılacaq"

16-06-2018, 12:28
Oxunub: 307
Sağlamlıq imkanları məhdud gənclərlə görüşüb


“Gənclərin əldə etdikləri peşə bacarıqları müqabilində əmək bazarına çıxış imkanlarına yiyələnmələrinə və məşğulluğunun təminatına diqqət artırılacaq”. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Report-a verilən məlumata görə, bunu nazir Sahil Babayevpeşə reabilitasiyasına cəlb edilmiş sağlamlıq imkanları məhdud gənclərlə görüşü zamanı deyib.

Sahil Babayev nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində olub. Nazir Milli Qurtuluş günü və Ramazan bayramı münasibəti ilə Mərkəzdə keçirilən tədbirdə iştirak edib, burada peşə reabilitasiyasına cəlb edilmiş sağlamlıq imkanları məhdud gənclərlə görüşüb.

Gəncləri bayram münasibətilə təbrik edərək vurğulayıb ki, ümummilli lider Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara, o cümlədən sağlamlıq imkanları məhdud gənclərə, onların sosial təminatının artırılmasına, cəmiyyətə inteqrasiyasına daim xüsusi qayğı göstərilib: “Son 15 ildə Prezident İlham Əliyevin uğurlu sosial inkişaf kursu bu istiqamətdə dövlət siyasətinin daha da güclənməsinə, həmin insanların sosial reabilitasiya və cəmiyyətin həyatında iştirak imkanlarının genişlənməsinə şərait yaradıb”.

S.Babayev diqqətə çatdırıb ki, Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi, burada yaradılan müasir şərait dövlət başçısının sağlamlıq imkanları məhdud gənclərin sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi qayğısının daha bir göstəricisidir. Burada sağlamlıq imkanları məhdud gənclər müxtəlif peşələrə yiyələnirlər. Onların mərkəzdə əldə etdikləri peşə bacarıqları müqabilində əmək bazarına çıxış imkanlarına yiyələnmələrinə, məşğulluğunun təminatına da diqqət artırılacaq. Eyni zamanda, həmin gənclərin müxtəlif iqtisadi fəaliyyət növləri üzrə özünüməşğulluğunun təminatı üçün müvafiq işlər aparılacaq.

“Sağlamlıq imkanları məhdud insanların öz üzərində çalışmaqla fiziki məhdudiyyətlərinə qalib gələrək böyük uğurlara nail ola bilməsinə dair həyatda kifayət qədər nümunələr var. Siz də daim öz bacarıq və qabiliyyətinizi təkmilləşdirməklə həyatda özünüzü təsdiq etməyə, uğur qazanmağa doğru irəliləməlisiz. Biz bu yolda daim sizə yaxından dəstək olacağıq”, - S.Babayev bildirib.

Gənclər onların sosial təminatlarının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi, o cümlədən məşğulluqlarının dəstəklənməsi üçün ölkədə aparılan fəal dövlət siyasətinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdar olduqlarını vurğulayıblar.

S.Babayev mərkəzdə peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə, sinif və emalatxanalarla, gənclərin xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma və s. növlərdə hazırladıqları əl işləri ilə tanış olub. Nazir bildirib ki, gənclərin əl işlərinin müxtəlif sərgilərdə nümayişi təmin olunmaqla, onların satışının təşkili imkanları da araşdırılacaq.

Tədbir iştirakçıları sağlamlıq imkanları məhdud gənclərin boccia idman növü üzrə yarışını da izləyib. Nazir S.Babayev gənclərlə birgə boccia yarışında iştirak edib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti