Azərbaycanda maliyyə sektorunun işçi bazası artıb

16-06-2018, 12:18
Oxunub: 313
Yarısı özəl sektor hesabına baş verib


Bu il mayın 1-nə əsasən, Azərbaycanda 24,1 min nəfər maliyyə və sığorta sektorunda işləyib. Muzdla işləyənlərin 4,6 min nəfəri dövlət, 19,5 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Dövlət Statistika Komitəsindən Report-a verilən məlumata görə, statistikaya əsasən, işçilərin sayında əvvəlki ayla müqayisədə 200 nəfər artım qeydə alınıb.

Artımın yarısı dövlət, yarısı özəl sektor hesabına baş verib.

2018-ci il mayın 1-i vəziyyətinə ölkədə cəmi muzdla işləyənlərin sayı 1 538,2 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 887,2 min nəfər, qeyri-dövlət sektorunda isə 651,0 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,6 min nəfər, qeyri-neft sektorunda isə 1 504,6 min nəfər çalışıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti