Çində baş verən fırtına zamanı havadan dəniz canlıları yağıb

16-06-2018, 12:01
Oxunub: 318
Küçələrə çıxmamaları barədə xəbərdarlıq edib


Çinin Sindao şəhərində baş verən fırtına zamanı havadan dəniz canlıları yağıb.

Report xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan fotolarda fırtınanın ilbiz, dəniz ulduzları və s. dəniz heyvanlarını quruya atdığı görünür. Ölkənin şərqində baş verən fırtına şəhərdə nəqliyyat sistemi və yaşayışı iflic vəziyyətə salıb.

Küləyin şiddətini ölçən Bofort şkalasına görə, bu, dünyanın ən şiddətli fırtınasıdır. Sindao Metorologiya İdarəsi əhaləni vacib olmadığı halda küçələrə çıxmamaları barədə xəbərdarlıq edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti