ABŞ Çindən idxal etdiyi mallara 25 faizlik rüsum tətbiq edəcək

15-06-2018, 14:55
Oxunub: 263
Qərar Milli Təhlükəsizlik, Maliyyə və Ticarət nazirliklərin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qəbul olunub


ABŞ prezidenti Donald Tramp Çindən alınan mallara qarşı 50 milyard dollar məbləğində gömrük rüsumlarını təsdiqləyib.

Report-un "The Wall Street Journal" qəzetinə istinadən verdiyi məlumata görə, qərar Milli Təhlükəsizlik, Maliyyə və Ticarət nazirliklərin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda qəbul olunub.

Adları siyahıda keçən mallara 25 faizlik rüsum tətbiq olunacaq. Amma hələlik qərarın nə vaxt qüvvəyə minəcəyi məlum deyil.

Qəzet yazır ki, müvafiq qərar ABŞ ilə Çin arasında ticarət müharibəsinin dayandırılması barədə əldə olunmuş razılığa ziddir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti