"Neftçi" klubu xorvatiyalı müdafiəçi ilə müqavilə bağlayıb

15-06-2018, 10:50
Oxunub: 246
Dario Frederikonun keçidini rəsmiləşdirib


"Neftçi” klubu daha bir futbolçu transferini həyata keçirib.

Report-un klubun saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı Slavko Braliçlə birillik müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Slavko Braliçin sonuncu klubu "Şiroki Brieq” (Bosniya və Herseqovina) olub. O, Xorvatiyanın "Omladinas Vranyiç”, "Solin” və "Osiyek” komandalarında da çıxış edib. Bunadək "Neftçi” cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti