Hərbi təyyarə və helikopterlər növbəti uçuşlar keçirirlər

15-06-2018, 10:13
Oxunub: 240
Bayram tədbirlərinə hazırlıq məqsədilə uçuşlar keçirir


Azərbaycan ordusunun paradına hazırlıq çərçivəsində növbəti məşq keçirilir. 
Report xəbər verir ki, hərbi təyyarə və helikopterlər Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq çərçivəsində Bakı şəhəri üzərində növbəti uçuşlar keçiriblər.

Hərbi helikopterlər Azərbaycan bayrağı və üzərində ümummilli lider Heydər Əliyevin portreti olan bayraq daşıyıblar. Helikjopterlər əsasən paradın keçiriləcəyi "Azadlıq" meydanı üzərindən keçiblər.

Müdafiə Nazirliyindən "Report"a bildiriblər ki, Hərbi Hava Qüvvələrinin döyüş təyyarə və helikopterləri Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə uçuşlar keçirir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti