Türkiyədə AKP üzvlərinə hücum olub, 3 nəfər ölüb

14-06-2018, 21:02
Oxunub: 318
Silahlı insident nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatı İbrahim Halil Yıldıza və onunla birlikdə seçki kampaniyası aparan partiya üzvlərinə hücum olub.

Report-un "Hürriyet"ə istinadən verdiyi məlumata görə, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb. 

Silahlı insident nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb. 

Naməlum şəxslər odlu silah, bıçaq və dəyənəklərdən istifadə ediblər. 

Türkiyəli millət vəkilinin hadisə nəticəsində xəsarət almadığı, lakin ölənlərdən birinin, yaralananlardan isə dördünün onun qardaşı olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti