Bakıda təmir olunacaq məktəblər açıqlanıb

14-06-2018, 20:52
Oxunub: 289
Hazırda 10 məktəbdə əsaslı təmir işləri aparılır


2018-2019-cu tədris ili üçün Bakı şəhəri və qəsəbələrindəki bir sıra ümumi təhsil müəssisələrinin əsaslı təmir və bərpası nəzərdə tutulur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonu üzrə 179 və 300, Qaradağ rayonu üzrə 223, Sabunçu rayonu üzrə 78, 187, 192, 198 və 295 nömrəli tam orta məktəblər, Nərimanov rayonu Humanitar Fənlər Gimnaziyası və Suraxanı rayonu Xarici Dillər Təmayüllü Gimnaziyanın əsaslı təmiri və bərpası nəzərdə tutulur.

Hazırda 10 məktəbdə əsaslı təmir işləri aparılır, 1 məktəbin binasının, 1 məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi həyata keçirilir. Bundan əlavə, ehtiyac olan ərazilərdə 4 yeni məktəbin inşasına start verilib. Bütün bu işlərin yeni tədris ili başlayana qədər bitməsi nəzərdə tutulur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti