5 ay ərzində 351 mln. manat sığorta haqqı toplanıb

14-06-2018, 20:47
Oxunub: 288
İcbari sığorta bazarı üzrə haqlar 95,4 mln. manat, ödənişlər isə 27,7 mln. manat olub


Bu ilin yanvar-may ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 350,8 mln. manat məbləğində sığorta haqları toplanıb, 97,5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.          

Maliyyə Bazarlarına Nəzarət Palatasından APA-Economics-ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 255,4 mln. manat, ödənişlər isə 69,8 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 95,4 mln. manat, ödənişlər isə 27,7 mln. manat olub.

2018-ci ilin yanvar-may ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i  könüllü, 27%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 72%-i könüllü, 28%-i isə icbari sığorta növləri hesabına formalaşıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti