Gürcüstanın baş nazirliyinə namizədin adı məlum olub

14-06-2018, 20:28
Oxunub: 298
İndi ölkə prezidenti onun namizədliyini baş nazir vəzifəsinə təklif etməlidir


Gürcüstan parlamentində 36 yaşlı Mamuka Baxtadzenin namizədliyi baş nazir vəzifəsinə irəli sürülüb.

Trend-in məlumatına görə, hazırda maliyyə naziri vəzifələrini icra edən M.Baxtadzenin namizədliyini parlamentdəki çoxluq dəstəkləyib.

İndi ölkə prezidenti onun namizədliyini baş nazir vəzifəsinə təklif etməlidir.

Qeyd edək ki, ötən gün Georgi Kvirikaşvilinin rəhbərlik etdiyi Gürcüstan hökuməti istefaya yollanmışdı.

M.Baxtadze G.Kvirikaşvili hökumətində maliyyə naziri vəzifəsində işləyirdi.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti