Ali təhsil müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb
14-06-2018, 17:35
Oxunub: 295
Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı 20 iyun saat 10:00-dək uzadılıb.Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 20 iyun saat 10:00-dək uzadılıb.
Abituriyentlər qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.
Elektron ərizəsini təsdiq etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.