Hindistanda torpaq sürüşməsi baş verib, 4 nəfər ölüb

14-06-2018, 16:32
Oxunub: 620
Torpaq sürüşməsinə isə bir neçə gündür aramsız yağan yağışlar səbəb olub


Hindistanda torpaq sürüşməsi baş verib. Trend-in məlumatına görə, ölkənin cənubundakı Kerala ştatındakı sürüşmə nəticəsində azı 4 nəfərin öldüyü bildirilir. Daha 8 nəfərin isə torpaq altında qalaraq itkin düşdüyü deyilir.

Torpaq sürüşməsinə isə bir neçə gündür aramsız yağan yağışlar səbəb olub. Sürüşmə ərazisində 5 yaşayış evi tamamilə dağılıb.

Hazırda təbii fəlakət baş verən ərazidə xilasedicilər işləyir. İtkin düşmüş şəxslərin axtarışı aparılır.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti