"Ötən tədris ili Azərbaycan üçün uğurlu olub"

14-06-2018, 16:16
Oxunub: 283
"Bütün pillələrdə akademik göstəricilərdə davamlı, müsbət dinamika müşahidə edilib"


Təhsil naziri Ceyhun Bayramov 20 nömrəli məktəb-liseydə respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri ilə görüşüb.

APA-nın xəbərinə görə, görüş zamanı təhsil naziri bildirib ki, 2017/2018-ci tədris ili Azərbaycan üçün uğurlu olub.

Nazir qeyd edib ki, məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinə kimi - bütün pillələrdə akademik göstəricilərdə davamlı, müsbət dinamika müşahidə edilib.

Görüşün sonunda şagirdlərə diplomlar təqdim edilib, xatirə şəkli çəkilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti