Stanislav Qovoruxin vəfat edib

14-06-2018, 14:52
Oxunub: 282
Rejissor bu gün səhər saatlarında ağır və uzun xəstəlikdən sonra ölüb


Rusiyanın məşhur rejissoru, Dövlət Dumasının üzvü Stanislav Qovoruxin vəfat edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının spikeri Viçeslav Volodin plenar iclas zamanı bildirib. O deyib ki, rejissor bu gün səhər saatlarında ağır və uzun xəstəlikdən sonra ölüb.

1936-cı ildə doğulmuş Rusiyanın xalq artisti Stanislav Qovoruxin “Vertikal”, “Görüş yerini dəyişmək olmaz”, “XX əsrin quldurları”, “Kapitan Qrantın axtarışında” kimi filmlərin rejissorudur. 2000-ci ildə o, prezidentliyə namizəd olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti