SOCAR-ın xalis mənfəəti 6 dəfəyə yaxın artıb

14-06-2018, 11:46
Oxunub: 234
Neft sənayesi böhranından əvvəlki səviyyəni üstələyib


Audit olunmuş maliyyə hesabatlarına əsasən, 2017-ci ildə SOCAR ümumi gəlirlərini 78 faiz artıraraq, 92,6 mlrd. manata çatdırıb.

Report bu barədə şirkətə istinadən xəbər verir.

Şirkətin xalis mənfəəti 2016-cı illə müqayisədə 6 dəfəyə yaxın artıb və 2,09 mlrd.manata yüksəlib. SOCAR ümumi aktivlərini 16 faiz yüksəldərək 61,3 mlrd. manata çatdırıb. 

Ümumilikdə, hesabat ilində şirkətin maliyyə nəticələri neft sənayesi böhranından əvvəlki səviyyəni üstələyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti