Azərbaycanda qarayara xəstəliyinə qarşı aparılan peyvəndləmələr başa çatıb

14-06-2018, 11:42
Oxunub: 241
"O cümlədən qarayara xəstəliyinə görə epizootik vəziyyət sabitdir"


Bu ilin ilk 5 ayı ərzində Azərbaycanda qarayara xəstəliyinə qarşı 2 551 996 baş iribuynuzlu, 7 353 609 baş xırdabuynuzlu, 88 087 baş təkdırnaqlı, 6 995 baş donuz və 105 baş dəvə peyvənd olunub. 

Bu barədə Report-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən bildirilib. 

Məlumatda həmçinin deyilir ki, ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri (cavan heyvanlar istisna) başa çatıb. Cavan heyvanlarda peyvəndləmə isə bu ilin III rübündə aparılacaq.

"Respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən qarayara xəstəliyinə görə epizootik vəziyyət sabitdir", -  məlumatda qeyd olunub. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti