Azərbaycanda neft hasilatı artıb

14-06-2018, 11:23
Oxunub: 212
Əmtəəlik qazın həcmi isə 8,2% azalıb


Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 16,132 mln. ton xam neft hasil edilib.

Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu isə ötən ilin müvafiq dövründən 1,3% çoxdur.

Hesabat dövründə neft hasilatının 16 110,3 min tonunu əmtəəlik xam neft təşkil edib ki, illik müqayisədə 1,2% artım qeydə alınıb.

İlin beş ayı ərzində Azərbaycanda 11 810,6 mln. kubmetr qaz hasil edilib ki, bunun da 7 181,1 mln. kubmetri əməəlik qazın payına düşüb.

Qaz hasilatı illik müqayisədə 0,9% artıb, əmtəəlik qazın həcmi isə 8,2% azalıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti